Bu restoran İsa Həbibbəyliyə məxsus imiş - ÜZƏ ÇIXDI

"Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir". Avtosfer.az xəbər verir ki, bunu Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında paylaşıb.
"2015-ci ildə həmin restoranda ofisant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitseprezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu. Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir. Elm+vəzifə=Azərbaycan məmuru" - o əlavə edib.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












