"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov

“Yollardakı sürücülərin hamısı avtomobil idarə etməməlidir”.
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihələr çərçivəsində keçirilən ictimai müzakirədə deyib.
Ərşad Hüseynov bildirib ki, ölkə əhalisinin hamısının sürücü olması mümkün deyil və yol hərəkətinin təşkili zamanı bu amil mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, cəmiyyətin təxminən 70 faizi sürücü ola bilər.
Ekspert qeyd edib ki, hazırda yollarda hərəkət edən bəzi şəxslərin ya ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur, ya da onlar sağlamlıq vəziyyəti, yaş və digər səbəblərə görə nəqliyyat vasitəsi idarə etməməlidirlər.
O vurğulayıb ki, xüsusilə yaşlı şəxslər müəyyən mərhələdən sonra avtomobil idarə etmək imkanlarını obyektiv qiymətləndirməli, bu məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar.
Ərşad Hüseynovun fikrincə, yol hərəkəti təhlükəsizliyi sahəsində əsas problemlərdən biri də sürücülərin avtomobil idarəetmə qabiliyyəti ilə bağlı meyarların lazımi səviyyədə nəzərə alınmamasıdır. O hesab edir ki, bu məsələyə daha ciddi yanaşılması yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır./bakivaxti.az
“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İB ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










