"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkil etdiyi "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, nəqliyyat üzrə mütəxəssislər, avtomobil təlimçiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nəqliyyat eksperti və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, bu ilin ilk beş ayında ölkədə 437 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin qəzalar nəticəsində 242 nəfər həyatını itirib, 300-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müzakirələrdə yol hərəkəti təhlükəsizliyi, infrastruktur problemləri, dəmiryol keçidlərindən və nəqliyyat qovşaqlarından düzgün istifadə məsələləri əsas mövzular sırasında olub. Çıxış edənlər təhlükəsizliyin artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən və bu sahədə ictimai təşəbbüslərin rolundan bəhs ediblər.

Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Arzuxan Əlizadə çıxışlarında bu cür tədbirlərin keçirilməsinin xüsusilə dəmiryol keçidləri ətrafında yaşayan insanların maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda iştirakçılar qeyd ediblər ki, yol hərəkəti və nəqliyyat təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli üçün dövlət qurumları, ekspertlər, vətəndaş cəmiyyəti institutları və ictimaiyyət arasında əməkdaşlığın daha da genişləndirilməsi vacibdir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi və ictimai iştirakçılığın artırılması yol təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər.

Eltac
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!










