"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO

Vətəndaş Fuad Kərimov 2025-ci ilin avqust ayında ilkin ödənişlə "Changan Auto"dan ikinci əl avtomobil alıb. Lakin maşını aldıqdan 8 gün sonra onda yaranan problemlə bağlı servisə müraciət edib.
Avtosfer.az "BakuTV"yə istinadən xəbər verir ki, Fuad Kərimovun sözlərinə görə, servis əməkdaşları problemin həll olunacağını bildirsələr də, bu vəd yerinə yetirilməyib:
"İndiyə kimi onlara 7 min manat pul ödəmişəm. Hazırda nə ödənişimi geri qaytarır, nə yeni avtomobil verir, nə də problemi həll edirlər. Yarım il avtomobilsiz qalmalıyam, amma bunların da pulunu ödəməliyəm?!" Məsələ ilə bağlı "Changan Auto"dan bildirilib ki, vətəndaşın qarşılaşdığı problemdən xəbərdardırlar. Servis əməkdaşlarının məsuliyyətsizliyi, koordinasiyanın düzgün qurulmaması səbəbindən vətəndaşla avtosalon arasında anlaşılmazlıq yaranıb. Bununla bağlı müştəri ilə danışılıb, problem tez bir zamanda aradan qaldırılacaq.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












