Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyinə təsir edir

Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər. Xəstəlik insanlar üçün təhlükəlidir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tədqiqat “The New England Journal of Medicine” (NEJM) elmi nəşrində dərc olunub.
Aşkar edilmiş patogenə bataqlıq virusu və ya “WELV” adı verilib. Virus ilk dəfə Çinin şimalındakı Daxili Monqolustanda parkı ziyarət edərkən gənə dişləyərək xəstəxanaya yerləşdirilən 61 yaşlı kişidə aşkar edilib.
Xəstədə hərarət, baş ağrısı və qusma müşahidə olunub. Antibiotiklər simptomları aradan qaldırmayıb, bu da infeksiyanın bakteriyalardan qaynaqlanmadığını göstərir. Kişinin qanında DNT və RNT analizi heç vaxt görülməmiş orthonairovirus aşkar edib. Orthonairoviruslara gənələr tərəfindən ötürülən bir sıra patogenlər daxildir.
Onların arasında Krım-Konqo hemorragik qızdırması virusu da var. Bu virus parazit dişləmələri və ya yoluxmuş insanların bədən mayeləri ilə təmas yolu ilə insanlara ötürülə bilən nadir və ölümcül xəstəlikdir.
“WELV” virusu əvvəllər nə heyvanlarda, nə də insanlarda müşahidə edilməyib. Xəstənin qanında onun aşkarlanmasından sonra tədqiqatçılar 14 600-ə yaxın gənə toplayıb və onları analiz üçün yer və tiplərinə görə qruplaşdırıblar. Onların təxminən 2%-i “WELV” genetik materialının daşıyıcısı olub.
Beş növ gənə virusu ötürməyə qadirdir, lakin ən çox “WELV” daşıyıcıları “Haemaphysalis concinna2 (ixodid gənə növlərindən biri) olub. “WELV”, həmçinin tədqiqatçıların tədqiq etdiyi qoyunların, atların və donuzların kiçik bir hissəsində, həmçinin Mançuriya zokor növünün bir neçə gəmiricisində (Myospalax psilurus) aşkar edilib.
“WELV” infeksiyası olan xəstələrdə qızdırma, başgicəllənmə, baş ağrısı, halsızlıq və bel ağrısı, həmçinin ürəkbulanma, qusma və ishal kimi ümumi simptomlar müşahidə olunur. Laboratoriya testlərinin nəticələri bir çox xəstədə toxuma zədələnməsi və qan laxtalanması əlamətlərini göstərib.
Qeyd edək ki, “WELV”ə yoluxmuş bir xəstə komaya düşüb. Bu xəstənin beynini və onurğa beynini əhatə edən mayedə yüksək konsentrasiyalı ağ qan hüceyrələri aşkarlanıb. Alimlərin fikrincə, “WELV”ə yoluxmuş bütün insanlar bir-iki həftə ərzində sağalıblar. Bununla belə, laboratoriya siçanları üzərində aparılan təcrübələr göstərib ki, “WELV” beyin və digər orqanlara təsir edərək ölümcül ola bilər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












