CV-lərdə yerləşdirdiyiniz məlumatlar yalan olsa… - MÜTƏXƏSSİS XƏBƏRDARLIQ ETDİ - FOTO

Müasir əmək bazarında rəqabət artdıqca, bir çox namizədlər CV-lərində daha cəlbedici görünmək üçün məlumatları şişirtməyə və ya tamamilə yanlış bəyanatlara yer verməyə başlayıblar. Bəzi hallarda bu, dil biliklərinin səviyyəsinin olduğundan üstün göstərilməsi, iş təcrübəsinin realdan fərqli təqdim olunması və ya mövcud olmayan sertifikatların qeyd edilməsi formasında özünü göstərir.
Bunun bir səbəbi də işə qəbul prosesində çox sayda namizədin olması və diqqəti cəlb etmək üçün fərqlənmək ehtiyacıdır. Digər tərəfdən, bəzi işəgötürənlərin yüksək və qeyri-real tələblər irəli sürməsi namizədləri bu cür yola sürükləyə bilər.
Ancaq CV-də yalan məlumatların aşkarlanması etibarın ciddi şəkildə itirilməsinə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Peşəkar işəgötürənlər isə düzgünlüyü, şəffaflığı və real bacarıqları daha çox qiymətləndirirlər. Onlar namizədin dürüstlüyünü, öyrənməyə açıq olmasını və potensialını ön planda tuturlar.
Bəs bu şəraitdə dürüst qalmaq və rəqabətdə geri qalmamaq mümkündürmü?
Mövzu ilə bağlı insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Avtosfer.az-a açıqlamasında bildirib ki, CV-də yazılmış məlumatlar o demək deyil ki, həmin namizəd mütləq işə qəbul olunacaq:

"Əlbəttə ki, namizəd yalnız doğru olan məlumatları qeyd etməlidir. Amma ola bilər ki, namizədin dil biliyi zəifdir, lakin onu yüksək səviyyədə göstərir. Yaxud hansısa proqram təminatı üzrə bilikləri zəifdir, amma bunu CV-də yüksək kimi qiymətləndirir. Lakin bu halları üzə çıxarmaq üçün bizim müsahibə prosesimiz var.

Müsahibə zamanı namizədlə lazım gəldikdə xarici dildə ünsiyyət qurulur, həmçinin müəyyən qısa imtahanlar keçirilir. Bu kimi yanaşmalar vasitəsilə CV-də qeyd edilən məlumatların doğru və ya yanlış olması qiymətləndirilir".
Eltac Zülfüqaroğlu
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










