Dağılan körpü hələ də bərpa edilməyib: sakinlər pul versin təmir edəcəyik ... - VİDEO

Qubada iki aydan çoxdur ki, selin dağıtdığı körpü hələ də bərpa edilməyib. Mövcud vəziyyət sakinləri narahat edir.
Avtosfer.az-ın məlumatına görə, Qubanın Bad kəndində 80 yaşayış evi var. Ancaq məktəbi yoxdur. Məktəb qonşu Məccə Xacə kəndindədir və 200-ə yaxın şagird bu kəndə gedir. Hər iki kəndin ortasından isə çay keçir. İki ay öncə Cağacuqçaya gələn sel piyada körpüsünü sıradan çıxardıb. Tədris başlayıb, valideynlər də buna görə narahatdırlar.
Sel körpünün dirəklərini aşıraraq yuyub aparıb. İllərlə bu körpüdən istifadə edən badlılar bu il çətinliklə üzləşiblər. Bad kənd sakinləri uşaqlarını qonşu kəndə göndərməkdə çətinliklə üzləşəcəklərini deyirlər.
Sakinlər bildirirlər ki, sel aparan körpüyə görə dəfələrlə müraciət ediblər, ancaq bir faydası olmayıb.
Məsələ ilə bağlı Bad bələdiyyəsinin sədri Aydın Kazımov bildirib ki, vergilərin tam yığımı başa çatandan sonra körpünün təmirinə başlanılacaq. O ki qaldı uşaqların məktəbə getməsinə, o deyib ki, bunun üçün alternativ yollar mövcuddur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












