Daşıyıcı şirkətlər müflisləşir - Avtobuslarda gediş haqqı artırılacaq?

Son günlər sosial şəbəkələrdə və mediada Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlərin nəqliyyat vasitələrini satmaları ilə bağlı məlumatlar yayılıb. Belə ki, bir sıra daşıyıcı şirkətlər onlara aid avtobusları müxtəlif elan saytlarında satışa çıxarıblar.
Daşıyıcı şirkətlər bunu gediş haqqının az olması ilə əsaslandırırlar.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev 191 ədəd "Daewoo" markalı avtobusun satılmasının nəzərdə tutulduğunu bildirib.
"Daşıyıcı şirkətlərin düşdüyü hazırki vəziyyət bu sektorda olan hər kəsə məlumdur. 30 qəpik gediş haqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir", - deyə N.Rzayev əlavə edib.
Xatırladaq ki, bir neçə ay əvvəl özəl daşıyıcı şirkətlər özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlamışdı.
Onların müraciətlərinə cavab olaraq bildirilmişdi ki, hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmur.
Son günlər daşıyıcı şirkətlərin istifadəsində olan nəqliyyat vasitələrini satışa çıxarma xəbərləri sosial şəbəkələrdə avtobuslarda gediş haqqının artacağı iddialarını da ortaya atıb.
Məsələ ilə Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-in sorğusuna cavab olaraq bildirildi ki, avtobuslarda gediş haqqın artırılması ilə bağlı Tarif şurasına BNA tərəfindən heç bir müraciət olunmayıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











