“Bakı-Sumqayıt marşrutlarının avtovağzallar arasında işləməsi ləğv olunmalıdır”

"Günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır. Problemi təhlil etsək görərir ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. Deputat bildirib ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək lazımdır:
"Abşeronda sərnişindaşımaya vahid prinspilə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin, Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasın kömək edər".
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS










