Deputat qazilərin müdafiəsinə qalxdı: “Məmurlar daha çevik olmalıdır“

“Vətən müharibəsi iştirakçılarının, qazilərimizin əlilliyinin təyin olunması hələ də problem olaraq qalır”.
Avtosfer.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xoşagəlməz olaylara məcbur edilən qazilərlə bağlı danışarkən bildirib. “Aidiyyatı qurumların qanunla müəyyən olunmuş prosedurları, əlilliyə düşən xəstəliklərin siyahısı var, bu aydındır. Təbii ki, sosial müdafiə sistemində yüzlərlə düzgün, dürüst, vətənpərvər insan çalışır ki, insanların ehtiyacları qarşılansın. Sosial sistemdə bir çox islahatlar aparılıb ki, şəffaflıq və ‘təmizləmə’ olsun, bunu da etiraf etməliyik. Amma qazilərin əlilliyinin təyin olunması ilə bağlı prosedurlara yenidən baxılmasına ehtiyac var, burada bürokratiya çoxdur”,- xanım deputat əlavə edib. N.Arpadarainin sözlərinə görə, qazilər heç bir yerə getməməli, səyyar sistem olmalıdır ki, əlillik üçün təqdim olunmalı olan sənədləri onların evlərinə gətirsinlər: “Bu mexanizmi yaratmaq lazımdır. Xəstəliklərin siyahısına gəldikdə isə buna yenidən baxılmalıdır, siyahı genişləndirilməlidir. Bəzi qazilərimiz psixoloji gərginlik keçirir, psixoloji problemləri olan qazilərimiz qeydə alınmalı, onlara ixtisaslı hərbi psixoloqlar tərəfindən yardım göstərilməli, lazım gəldikdə isə hətta psixoloji vəziyyətinə görə əlillik təyin olunmalıdır. Bəli, bu asan deyil, amma bu məsələdə məmurlar daha müdrik və çevik olmalıdırlar. Bunu etmək üçün artıq kifayət qədər təcrübə və məlumat bazamız var. Milli Məclisdə bu məsələləri dəfələrlə müzakirə etmişik, mən və deputat həmkarlarım bu istiqamətdə təkliflər irəli sürürük. Bir müddət öncə Milli Məclisdə çıxışım hələ də aktuallığını itirməyib. Həyat və sağlamlığı bahasına bizə möhtəşəm qələbəni qazandıran şəxslər daim diqqət və qayğı mərkəzində olmalıdır. Bunu cənab Prezident, bunu Xalq tələb edir”.
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












