Dərs zamanı vəfat edən şagirdin atası da uşaqlarının gözlərinin qabağında can veribmiş - FOTO

Ötən gün Oğuz rayonunun Çaldaş kənd tam orta məktəbində dərs zamanı 11-ci sinif şagirdi Zarina Əhməd qızı Əzizovanın qəflətən halı pisləşib. Məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məktəbli qızın ölümü barədə Modern.az-a danışan Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov hadisənin gənclərin “Çağırışaqədərki hazırlığı” dərsi zamanı baş verdiyini bildirib:
“Zarina çox sakit, tərbiyəli, bir az da özünəqapalı qız idi, onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.
Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş:
“Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdilər, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.
Z.Əzizovanın atası da gənc yaşlarında qəflətən dünyasını dəyişib:
“Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Zarinanın qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.
Kənd bələdiyyəsindən bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.
Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












