“Yolu tanımaram” deyən sürücü kobud qayda pozub ağır qəza törətdi - 50-EE-287 - VİDEO

Bakıda yol qəzasında 3 nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır. DİN-in Mətbuat Xidməti hadisənin görüntülərini yayıb və əlavə olaraq Avtosfer.az-a bildirilib ki, oktyabrın 3-də saat 21:30 radələrində Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Avtosfer.az bildirir ki, həmin ərazidə sürücü ya sağa - Bibiheybət məscidi tərəfə, ya da sola - şəhər istiqamətinə dönməli idi. Lakin kobud qayda pozaraq birbaşa düzünə hərəkət etməklə dayanmadan Bibiheybətdən gələn maşınların yoluna çıxıb. Sürücü hadisə yerində şahidlərə bildirib ki, yolu tanımadığı üçün belə bir səhvə yol verib. Maraqlıdır, yolu tanımayanda nişanlara və nişanlanma xətlərinə də baxmırlar?
Elməddin Muradlı
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












