DİQQƏT! Bakı metrosunda nələr baş verir? - VİDEO

Yeni tədris ili başlayandan tıxaclar təkcə yollarda deyil. Metroya da girmək müşkülə dönüb. Bəs problemin yaşanmasına səbəb nədir? Çıxış yolu necə,, varmı?
Sərnişinlər metroya daxil olmaqda çətinlik çəkirlər.
Sıxlığın qarşısını almaq üçün insanlar içəri növbəli şəkildə buraxılır.
Bura metronun elmlər akademiyası stansiyasının qarşısıdır. Sərnişinlərin sözlərinə görə, həftə içi hər gün belə mənzərə ilə qarşılaşırlar. Günün pik saatlarında isə daha acınacaqlı vəziyyət yaşanır…
Çəkiliş apararkən metronun 28 may stansiyasında da eyni mənzərənin şahidi olduq. Günorta saatları olmasına baxmayaraq burada da sıxlıq müşahidə edilirdi..
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar məmmədov bildirdi ki sıxlığı aradan qaldırmaq üçün qurum bütün resuslarını cəlb edib. Amma indiki vəziyyətdə görülən tədbirlərlə sıxlığı tam aradan qaldırmaq mümkün deyil. Çünki mövcud stansiyaların platformaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulduğuna görə onları enləndirmək və uzatmaq qeyri-mümkündür. Problemin qarşısını yalnız gələcəkdə stansiyaların sayını artırmaqla həll etmək olar.
Bəxtiyar Məmmədov əlavə edib ki, Bakının yeni baş planına əsasən paytaxtda yeni stansiyaların tikintisi nəzərdə tutulur.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”












