DİQQƏT! Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR

“Son günlər neftin dünya bazarı qiymətindəki artımlar dünya bazarında benzinin qiymətinin yenidən artmasına gətirib çıxarıb. Xüsusən, nəzərə alsaq ki, OPEC-in gündəlik hasilatının 2 milyon barel azaldılması ilə bağlı qərarından sonra neft bazarındakı qiymətlərdə artım müşahidə edirik. Baxmayaraq ki, bir müddət öncə qiymətlərdə azalmalar müşahidə olunurdu. Amma “OPEC plus”un son qərarından sonra brend markalı neftin bir barelinin qiyməti 97 dollara qədər yüksəlib. Praktik olaraq “OPEC plus” hasilatının azaldılması ilə bağlı qərarına uyğun olaraq hasilatın azaldılması planını təqdim edərsə, bu artıq dünyada neftin bir barelinin qiyməti 100 dollardan baha satılmasına gətirib çıxardacaq”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, Avropa İttifaqında enerji məhsullarının qiymətləri liberaldır. Bu baxımdan da, Avropada qiymətlərə təsir göstərir və qiymət artımları ilə müşahidə olunur. Nəticədə tək mavi qazın deyil, eyni zamanda benzinin də qiymətində artımlar müşahidə olunur. Xüsusən hasilatın azaldılması ilə bağlı qərar və Rusiya neftinə tətbiq edilən embarqo Avropa İttifaqında benzin bazarına psixoloji təsir göstərməkdədir. Digər tərəfdən, Avropa İttifaqı sanksiyalar çərçivəsində Rusiyadan idxal etdiyi benzinin, neftin həcmini ilin sonuna qədər 93 faiz azaltmağı düşünür. Bu da təbii ki, Avropa İttifaqının özündə belə benzin qıtlığının yaranmasına və qiymətlərin yenidən artmasına gətirib çıxarda bilər. Ona görə də, qiymət artımları bir tərəfdən “OPEC plus”un qərarı, digər tərəfdən isə Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır. Bu da Avropa da benzininin qiymətində kəskin artımlara gətirib çıxarıb”.
Millət vəkili Azərbaycanla bağlı da proqnozlarını bölüşüb:
“Azərbaycan neft hasil edən və ixrac edən ölkədir, bu baxımdan Aİ-92 markalı benzinin qiyməti bazar tərəfindən deyil, məhz Tarif Şurası tərəfindən inzibati olaraq müəyyənləşdirilir. Nəzərə alsaq ki, digər idxal olunan benzinlərin də qiyməti praktiki olaraq bir müddət öncə artıb. Ona görə də, indiki halda Azərbaycanda benzinin qiymətinə baxılması və artırılması məqsədəuyğun deyil. Eyni zamanda, neft istehsal edən ölkə olduğumuza görə, Azərbaycanda benzinlə bağlı hər hansı qıtlığın olacağı gözlənilmir”.
Qeyd edək ki, həm Fransada, həm də Krımda benzin qıtlığı ilə bağlı uzun növbələr yaranıb.
Demokrat.az
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











