Dünya üzrə 2 milyard 750 milyon dozadan çox COVID vaksini vurulub

İndiyədək dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 750 milyonu ötüb.
AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 70 milyon doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 319 milyon 220 min, Hindistanda 294 milyon 639 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (90 milyon 80 min), Böyük Britaniya (74 milyon 640 min), Almaniya (68 milyon 170 min), Fransa (48 milyon 990 min), İtaliya (47 milyon 170 min), Türkiyə (44 milyon 456 min) və Meksika (40 milyon 700 min) daxildir.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə ilk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri (146,73), Malta (143,01), Seyşel Adaları (140), San-Marino (130,76) və İsrail (123,15) qərarlaşıb.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










