Düşmənin 50-dən çox döyüş mövqeyi və hakim yüksəkliklər nəzarətə götürülüb

Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd “S-300 5N63” İYR radarı, üç ədəd “S-300 5P85” buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd “S-125 RTS-125” radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
Həmçinin qarşı tərəfə məxsus bir ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 14 ədəd top və haubitsa, doqquz ədəd minaatan və altısı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd “KamAZ”, bir ədəd “Ural” və bir ədəd “UAZ-3962” markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 35 ədəd müxtəlif çaplı atıcı silahlar, 20 ədəd əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.
Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, səkkiz strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edilib
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












