Ekspert bu yoldakı dəyişikliyi tənqid etdi - Körpünün altında dəhşətli tıxac yaranır

"Abşeron rayonun Xırdalan şəhərinə 3 yerdən giriş var. Bunlar, Xırdalan dairəsi, Masazır dairəsi və keçmiş Qafqaz Universiteti tərəfdəndir". Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, şəhərə girişin 3 yerdən olması Xırdalanın içindəki tıxacları xeyli yüngülləşdirir: "Məsələn, mən həmişə Masazır dairəsi, qardaşım isə Qafqaz Universiteti tərəfdən evə gedir. Çünki şəhərsalma standartlarından uzaq layihə əsasında həyata keçirilən tikililər Xırdalanda demoqrafik fəlakət yaradıb və proses getdikcə daha da dözülməz hal alır. Deməli, hansısa ağıllı belə qərara gəlib ki, şəhərdən gələn maşınlar əvvəlki kimi birbaşa Qafqaz Universiteti tərəfdən Xırdalana girə bilməz. Bunun üçün yol hərəkətində dəyişiklik edilib. İndi maşınlar Xırdalana daxil olmaq üçün Sumqayt və ya Novxanı yolu istiqamətində ən azı 6 km məsafə qət etməlidir. Nəticədə əsas güc Masazır dairəsinə düşür. Bu yolun yüklənməsi nəticəsində böyük tıxac yaranır. Tıxacın uzunluğu isə az qala Xırdalan dairəsinə çatır".
İqtisadçı qeyd edib ki, bu tıxac Masazıra gedən maşınlar üçün də problem yaradır:
"Təsəvvür edin ki, hər gün əlavə 6 km qət etmək ayda 180 km edir. Hər 100 km məsafə üçün ortalama benzin sərfiyyatını 9 km götürsək, bu, ayda 16 litr və ya 16 manat edir. Aİ-95 markalı benzin işlədən maşınlar üçün 32 manat, benzin sərfiyyatı çox maşınlar üçünsə daha çox əlavə xərc yaranır. Geri dönüşü 3 km yox, 300-400 metrdən qoysalar, etdikləri dəyişikliyin faydası olar və sürücülər yenə də əvvəlki kimi bu girişdən istifadə edərlər. Belə çıxır ki, ya ağıllarına gəlmir, ya da məqsədli şəkildə edirlər. Məqsəd isə mənə aydın deyil".
"Unikal"
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










