Elektrik mühərrikli avtomobillər üçün kreditlər neçə faizlə veriləcək? - VİDEO

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin olunması üzrə təqdimat keçirilib.
APA TV xəbər verir ki, təqdimatda elektrik mühərrikli və hibrid avtomobillərə aşağı ilkin ödənişlə kreditin verilməsi barədə məlumat verilib.
Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev jurnalistlərə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələrinin kreditlə satışında ilkin ödəniş məbləğinin endirilməsi Azərbaycanda avtoparkın yenilənməsinə imkan yaradacaq.
Onun sözlərinə görə, Mərkəzi Bankın təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” cari ilin iyul ayının 30-da qüvvəyə minib.
“Kapital Bank”ın Pərakəndə satış departamentinin direktoru Məhəmməd İbrahimov isə qeyd edib ki, öncə "Kapital Bank" yeni kredit məhsulunu bazara çıxaracaq.
Onun sözlərinə görə, təklif edilən kredit 100 min manat məbləğində nəzərdə tutulur. İlkin ödənişi 10% təşkil edən kredit 7%-lə 48 ay müddətinə veriləcək.
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru Rüfət Abbasov isə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri üzrə krediti bank 24 ay müddətinə 13% faiz, 24-60 ay müddətində isə 14%-lə təklif edəcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












