Elektrik velosipedləri ilə bağlı qəzalar artır

London xəstəxanasında 6 ayda 150 e-velosiped xəsarəti qeydə alınıb. Avtosfer.az “Independent”ə istinadla xəbər verir ki, cərrahlar elektrik velosipedləri (e-bike) ilə bağlı qəzaların xəstəxanalarda böyük yük yaratdığı barədə xəbərdarlıq ediblər. Londonun Uaytçepel bölgəsində yerləşən “Royal London Hospital”ın travmatologiya şöbəsinin məlumatına görə, son 6 ayda 150 nəfər e-velosiped qəzaları nəticəsində xəstəxanaya yerləşdirilib. Cərrahların sözlərinə görə, e-velosipedlər normal velosipedlərdən daha ağırdır və qəza zamanı yıxılma sürəti yüksək olduğu üçün sınıqlar daha ağır olur.
Qeyd edək ki, elektrik velosipedləri Londonda sürətlə populyarlaşır. Xüsusilə Londonda bu həftə metro işçilərinin tətili səbəbindən sakinlər alternativ nəqliyyata üstünlük verib və e-velosipeddən istifadə iki dəfədən çox artıb.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












