Elektroskuteri harada sürmək olmaz? - Açıqlama

Dənizkənarı parkda və digər açıq məkanlarda elektroskuter sürənlərin yaratdığı diskomforta tez-tez rast gəlmək mümkündür.
Parklarda sözügedən nəqliyyat vasitələrindən istifadə həm ondan istifadə edənlər, həm də paytaxt sakinləri üçün ciddi təhlükə yaradır. Parklarda nə zaman elektrokuterlər üçün xüsusi zolaq yaradılacaq?
Məsələ ilə bağlı Bulvar idarəsinin mətbuat xidmətinin verdiyi açıqlamada bildirilib ki, Milli Parkın Köhnə Bulvar ərazisində elektroskuterlərin hərəkəti ilə bağlı qadağan edilən nişan və işarələr qoyulub.
“Bu qadağa vətəndaşlarımızın xüsusən də uşaq və yaşlı şəxslərin təhlükəsizliyini qorunması üçün tətbiq olunur. Buna baxmayaraq bəzən vətəndaşlar həmin qadağan olunmuş ərazilərdə elektroskuter sürürlər. Bu cür halların qarşısının alınması məqsədilə müvafiq yollarda qaydalara məhəl qoymayan vətəndaşlara İdarənin Mühafizə Xidməti tərəfindən xəbərdarlıq olunur. Milli parkın köhnə bulvar ərazisi insanların daha çox hərəkət etdiyi hissədir. İnsanların kütləviliyini, müxtəlif obyektlərin və yeraltı keçidlərinin olduğunu nəzərə alaraq velosiped və elektroskuterlər üçün xüsusi zolaqların ayrılması qeyri- mümkündür. Amma Milli Parkın köhnə bulvar, yeni bulvar adlandırılan ərazilərində elektroskuterlərin hərəkəti üçün yeni işarələr qoyulub. İnsanların kütləvi hərəkət etdiyi yerdə də həmçinin xəbərdarlıq xarakterli işarələr qoyulub”.
Ednews-a
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər











