Əli Əsədov nazirləri topladı - FOTO

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə Avtosfer.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib. Bildirilib ki, iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












