Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA

Azərbaycanda jurnalistika təhsili alan tələbələr bakalavr pilləsində ümumi hazırlıq keçsələr də, ayrı-ayrı sahələr üzrə ixtisaslaşma əsasən magistratura səviyyəsində həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, müasir media mühitində isə siyasi, iqtisadi, sosial, mədəniyyət və rəqəmsal jurnalistika kimi müxtəlif istiqamətlər üzrə peşəkar kadrların hazırlanması məsələsi aktuallıq qazanır. Bəs bakalavr pilləsində də jurnalistika üzrə ixtisaslaşmaların yaradılmasına ehtiyac varmı və hazırda media sahəsində ən çox hansı istiqamətlər üzrə kadr çatışmazlığı hiss olunur?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, jurnalistika ixtisası Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində mövcuddur. Bu universitetlərdə jurnalistika üzrə Azərbaycan və rus bölmələrində, eləcə də bəzi ali məktəblərdə ingilis dilində tədris aparılır:

"Lakin bakalavr pilləsində jurnalistikanın ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşması nəzərdə tutulmayıb. Halbuki jurnalistika siyasi, sosial, iqtisadi, mədəniyyət və digər sahələri əhatə edir. Düşünürəm ki, tələbələrin bu istiqamətlər üzrə ixtisaslaşmasına bakalavr pilləsindən başlamaq məqsədəuyğun olardı. Humanitar və texniki yönümlü jurnalistika üzrə bölgü aparıla bilər. Bu yanaşmanı qəbul prosesində də tətbiq etmək mümkündür.
Hazırda 20 plan yeri ayrılırsa, həmin yerlər müxtəlif istiqamətlər üzrə bölüşdürülə bilər. Məsələn, siyasi jurnalistika, sosial-iqtisadi jurnalistika, mədəniyyət jurnalistikası və digər sahələr üzrə ayrıca qəbul aparıla bilər.
Beləliklə, tələbələr təhsillərinin ilk mərhələsindən etibarən konkret sahə üzrə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Magistratura pilləsində isə tələbələr bakalavr təhsili aldıqları istiqamət üzrə ixtisaslaşmalarını davam etdirə bilərlər”.
Ekspert əlavə olaraq qeyd edib ki, belə bir qərarın qəbul edilməsi jurnalistlərin peşəkar inkişafına və gələcək karyera perspektivlərinə müsbət təsir göstərə bilər:
“Hazırda mövcud qaydalara əsasən, jurnalistika üzrə ixtisaslaşma əsasən magistratura pilləsində mümkündür. Halbuki hüquq ixtisasında cinayət hüququ, Avropa hüququ, dəniz hüququ və digər istiqamətlər üzrə fərqləndirmə mövcuddur. Düşünürəm ki, jurnalistika təhsilində də bu cür yanaşmanın tətbiqi məsələsinə baxılmalıdır".
“Türküstan” qəzətinin baş redoktoru Aqil Camalın fikrincə isə, bu məsələyə diqqət yetirərkən iki əsas məqamı nəzərə almaq lazımdır:

“Birincisi, yerli xüsusiyyətlər, ikincisi isə beynəlxalq təcrübədir. Yerli xüsusiyyətlərə gəldikdə, ilk növbədə Azərbaycanda media sənayesinin vəziyyətini, media sahəsində kadrlara tələbatı və iş imkanlarını qiymətləndirmək lazımdır. Etiraf edək ki, hazırkı dövrdə Azərbaycanda media resurslarının və media subyektlərinin sayı artmaqda davam etmir. Bu baxımdan müəyyən ixtisarlar baş verir, iş yerlərini itirən həmkarlarımız da var. Bir çox hallarda sosial şəbəkələr və digər innovasiyalar medianın funksiyalarını əvəz etdiyindən iş yerlərini itirənlərin sayı artır, eyni zamanda, media sahəsində iş təklifləri azalır. Belə bir şəraitdə jurnalistika üzrə ixtisaslaşmanı həyata keçirmək də müəyyən qədər çətinləşir. Çünki jurnalistika fakültəsini bitirənlər növbəti mərhələdə iş tapmaqda daha çox çətinlik çəkə bilərlər. Konkret bir sahə üzrə profilləşdiklərinə görə onların bilik və bacarıqlarına tələbat məhdud ola bilər. Həmin sahə üzrə xüsusi ehtiyac və ya tələbat olmadıqda isə məzunların fəaliyyət imkanları da məhdudlaşa bilər. Əgər medianın imkanları daha geniş olsaydı, iş təklifləri artsaydı və media sahəsində yeni subyektlər yaransaydı, bu halda profilləşmə və ixtisaslaşma prosesinə bakalavr səviyyəsindən başlamaq mümkün olardı. Hazırkı vəziyyət ölkəmizdə medianın mövcud durumu ilə uzlaşır. Digər tərəfdən, beynəlxalq təcrübəni araşdırarkən əhalisi və media sənayesi daha böyük olan ölkələrlə birbaşa müqayisə aparmaq düzgün olmaz. Ən azı inkişaf səviyyəsi və əhali sayı baxımından Azərbaycana uyğun olan ölkələrdə bu məsələnin necə həll edildiyinə diqqət yetirmək lazımdır".
Fatimə
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA












