Ən böyük bankı çirkli pulların yuyulmasına görə cərimələnib

Avstraliyanın ən böyük banklarından biri olan və ANZ, “National Australia Bank” və “Commonwealth Bank” ilə birlikdə “böyük dördlüy”ü formalaşdıran “Westpac” bankı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə dövlət qurumu (AUSTRAC) ilə müqavilə imzalayaraq terrorizmə qarşı maliyyələşdirmə qanununun pozulmasına görə 924,6 milyon ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb. “Report” xəbər verir ki, bu barədə “Westpac Group”un bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, “Westpac Group” AUSTRAC ilə razılığa gəlib və razılaşmaya əsasən, tərəflər “Westpac”ın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunları pozması ilə əlaqədar 1,3 milyard Avstraliya dolları (924,6 milyon ABŞ dolları) məbləğində cərimə ödəməsinə icazə verilməsi ilə bağlı Avstraliya Federal Məhkəməsinə müraciət ediblər.
AUSTRAC-ın məlumatlarına görə, 2013-2018-ci illər arasında “Westpac” bankı dövlət tərəfindən müəyyən edilmiş çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qaydaları pozan 23 milyondan çox maliyyə əməliyyatı həyata keçirib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO











