Ermənistan dəmir yollarının idarəetməsini üçüncü tərəfə verməyə hazırlaşır

Ermənistan hakimiyyəti regionda kommunikasiyaların açılmasını nəzərdə tutan TRIPP layihəsi çərçivəsində ölkənin dəmir yolu infrastrukturunun konsessiya idarəçiliyini neytral üçüncü bir dövlətə dövr etməyə hazırdır.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Nazir vurğulayıb ki, İrəvan bu məsələdə müstəsna olaraq öz milli maraqlarını rəhbər tutur:
"Baş nazir Nikol Paşinyanın daha əvvəl irəli sürdüyü üçüncü ölkə mexanizmi həm Rusiya, həm də Qərb ilə balanslı münasibətləri olan tərəfdaşların prosesə cəlb edilməsini nəzərdə tutur. Dünyada elə ölkələr var ki, həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı əlaqələrə və bu layihəni maliyyələşdirmək üçün kifayət qədər vəsaitə malikdirlər. Bu təşəbbüs hər hansı ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Əgər Rusiya tərəfi bu investisiyaları təmin edə bilsə və yükdaşımaların Ermənistan üzərindən keçməsini səmərəli təşkil edərsə, bizim üçün heç bir problem yoxdur".
G.Papoyan qeyd edib ki, Ermənistan üçün əsas prioritet yüklərin Azərbaycan və Türkiyə istiqamətində maneəsiz hərəkətini təmin etməkdir. O, bu prosesin ölkəyə həm iqtisadi, həm də təhlükəsizlik baxımından böyük xeyir verəcəyini bildirib:
"Bizim üçün çox vacibdir ki, yüklər Azərbaycandan Ermənistana daxil olsun, sonra yenidən Azərbaycana keçsin, oradan Ermənistana qayıtsın və Türkiyəyə getsin. Ermənistanın maraqları bunu tələb edir. Əgər bu maraqlarımız təmin olunarsa, bizim üçün idarəçinin kim olması fərq etmir".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












