Etibarnaməsiz avtomobil idarə edənləri hansı cəza gözləyir? - İZAH

Etibarnamə olmadan avtomobil idarə edənlərin Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılması halları artıb.
Maraqlıdır, bu halda avtomobil cərimə meydançasına yerləşdirilə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Konkret.az”ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirib ki, avtomobil sahibi tərəfindən həm elektron qaydada, həm də kağız formasında etibarnamə verilə bilər:
“Sürücülük hüququ olan etibarnamə olmadan avtomobli idarə edən şəxs DYP əməkdaşı tərəfindən aşkarlanırsa, şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq 40 manat məbləğində cərimə edilir. Avtomobil isə aidiyyatı üzrə cərimə duracağına aparılır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi cərimə meydançasına yaxınlaşaraq sənədlərini təqdim etdikdə ona bununla bağlı protokol tərtib olunmadan avtomobil təhvil verilir”.
Hüquqşünas qeyd edib ki, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi aşkarlanan şəxs isə 200 manat məbləğində cərimə olunur:
“Sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi DYP əməkdaşı tərəfindən aşkarlandığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə, şəxsin barəsində 200 manat məbləğində inzibati cərimə protokolu tərtib olunur. Maşın isə cərimə meydançasına aparılır. Avtomobilin mülkiyyətisinin barəsində isə həmin məcəllənin 335-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati protokol tərtib olunur”.
O həmçinin vurğulayıb ki, şəxs idarəetmə hüququ olmadan avtomobili il ərzində 2-ci dəfə idarə edərsə, barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq olunur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












