Əzabın üçüncü ayı: Binəqədi şossesində minlərlə insan tıxacda qalır - VİDEO

Binəqədi şosesində iyun ayından başlanan kanalizasiya xəttinin çəkilişi artıq 3 aydır ki, davam edir. Təmir işləri 3 hərəkət zolağını zəbt edir və günün istənilən vaxtı tıxaclara səbəb olur. Bu səbəbdən avtobusların qrafiki pozulur, taksilər sifarişlərdən imtina edir, sakinlər işə gecikməyə məcbur olurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə İTV telekanalının reportajında bildirilir.
"Hər gün bu yolla gedirik. Ümid edirdik ki, sentyabra kimi yol açılacaq və istifadə edə biləcəyik. Hələlik çox çətinliklə maşın sürürük", - sürücülərdən biri bildirib. Digər respondent isə qeyd edib: "Narazılığımız yol ilə bağlıdır. İşə gedə bilmirik, vaxtında çatmırıq. İşlər davam edir, iki-üç aydan çoxdur ki, hər şey qazılıb".
Başqa bir sürücü təmirin “tıxaclara və çətinliklərə” səbəb olduğunu söyləyib:
“Binəqədi, Sumqayıt, Mehdiabad, Goradil, Fatmayi – minlərlə insan aylardır əziyyət çəkir”.
Yeni dərs ilinin başlanmasına çox az vaxt qalıb və sürücülər və sakinlər hələ də cari təmir işlərinin sentyabrın 15-nə kimi yekunlaşacağına ümid edirlər. Mənzil İnşaatı Dövlət Agentliyindən jurnalistlərin sorğusuna cavab olaraq bildirilib ki, Binəqədidə yaşayış kompleksi üçün xarici məişət kanalizasiya xəttinin çəkilməsi işləri mövcud kommunikasiyalar nəzərə alınmaqla və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla aparılır.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












