Gediş haqqı artırılır? - "50 qəpik olsa da, şirkətlər ziyanla işləyəcək"

Xəbər verdiyimiz kimi avtobuslarda gediş qiymətlərinin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər dövlət qurumlarına müraciət ediblər.
Şirkətlər bildirirlər ki, gediş haqqının 30 qəpik olması onların heç bir xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının 50 qəpik olmasını istəyir.
Mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışıb.
Ekspert deyib k, nəqliyyat vasitələrinin qiyməti ilə bağlı məsələ həssas bir problemdir.

Ekspert bildirib ki, hazırda əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir:
"İctimai nəqliyyatdan istifadə insanların gündəlik və aylıq xərclərinə təsir edir. Nəqliyyatın xərci qalxarsa, insanların da dolanışığına mənfi təsirləri olacaq. Dünyanın hər yerində belə bir tendensiya var ki, ictimai nəqliyyatın qiyməti artırsa, insanlar ondan qaçır, imtina edir. Açıq-aşkar bu halın Azərbaycanda da olduğunu görürük. Müəyyən taksi aqreqatrlarının sözlərinə görə, taksilərdə elə qiymət təklif edirlər ki, insanlar taksiyə üstünlük versin. Bu çox yanlış bir yanaşmadır. İctimai nəqliyyat olmayan yerdə tıxacsız, rəvan hərəkət olmur. Hesab edirəm ki, gediş haqqını əhalinin hesabına qaldırmaq düzgün deyil. Amma ortaya bir məsələ çıxır ki, daşıma şirkətləri də müflis olub. Gediş haqqı 50 qəpik olsa da, o şirkətlərin müasir tələblərə uyğun çalışması yenə çətin olacaq”.
E.Hseynov vurğulayıb ki, bu vəziyyətdən çıxmağın tək yolu dövlətin dəstəyidir:
“Dövlətin şəhərlərarası xidmətə ciddi dəstəyi lazımdır. Sərnişinlərin hesabına yox, dövlətin dəstəyi hesabına bu sahəni inkişaf etdirmək lazımdır. Bu dəstək olmasa ictimai sərnişindaşıma sahəsi müflis olub gedəcək. Sentyabrın 15-dən etibarən bəlkə də Bakıda görmədiyimiz tıxaclarla qarşılaşacağıq. Ona görə də təcili surətdə dövlət dəstəyi lazımdır”.
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










