"Gediş haqqı elə artırılmalıdır ki, sərnişinlərin cibinə təsir etməsin" - Deputat
Gündəm
10 Oktyabr 2022 20:00

"Ən ideal variant odur ki, bütün sahələrdə, həmçinin nəqliyyatda qiymətlər qalxmasın, amma reallıqlar fərqlidir". Bunu "Unikal"a açıqlamasında deputat Elman Nəsirov ictimai nəqliyyatda mümkün qiymət artımına münasibət bildirərkən deyib. "Reallıqların öz tələbləri var. Qiymət artımı faktiki olaraq ölkəmizə xaricdən idxal olunur. Əgər dünyada neftin və qazın qiyməti qalxırsa, digər sahələrdə də qiymət artımı labüddür. Bunun qarşısını almaq mümkün deyil. Yalnız büdcədən dotasiyalar hesabına müəyyən müddətdə bu qiymət artımının qarşısına məhdudiyyət qoymaq olar. Təsəvvür edin ki, bu gün Amerika Birləşmiş Ştatlarında inflyasiya 10 faizi ötüb. Bu artıq gərginlik deməkdir. Anoloji vəziyyət Fransada, İtaliyada və digər ölkələrdə də müşahidə olunur. Qlobal enerji və ərzaq böhranı bütün ölkələrə təsir edir. Təbii ki, biz də dünyanın tərkib hissəsiyik. Ən gözəli qiymətlərin artmamasıdır, amma elə proseslər var ki, bizdən asılı deyil.
İctimai nəqliyyatda gediş haqqında qiymət artımı qeydə alına bilər. Qiymət artımı elə olmalıdır ki, sərnişinlərin cibinə ciddi təsir etməsin. Yəni onlar hiss etsinlər ki qiymət artımı var, amma bu, insanların dolanışığına təsir göstərməsin.
Azərbaycan sosial yönümlü dövlətdir. Qiymət artımı olacağı təqdirdə, növbəti ildən pensiyalar, təqaüdlər və maaşlar da artırılacaq. Həmçinin müəyyən kompensasiya tədbirlərinin də tətbiq olunacağı istinsa deyil", - deyə deputat bildirib.
Oxunub : 1214
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ












