Avtobusda gedişhaqları artır? - BNA-dan CAVAB

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev avtobus şirkətlərinin gedişhaqqının sərf etmədiyi üçün avtobuslarını satışa çıxarmaları və gedişhaqlarının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
M.Ağayev Pravda.az-a açıqlamasında deyib ki, müntəzəm sərnişindaşıma şirkətlərinin üzləşdiyi mövcud vəziyyətdən məlumatlıdırlar: "Vəziyyətin bu formada davam etməsinin sərnişindaşımalarda xidmətin keyfiyyətinə mənfi təsirləri ola bilər. Sərnişindaşımalar gündəlik sosial həyatın vacib bir elementidir. Burada dayanıqlığın qorunması mütləqdir. Biz pandemiya zamanı bunun nə dərəcədə vacib olduğunu gördük. Əgər o zaman dayanıqlı olmasaydı, xüsusilə də həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyata əlçatanlığında çətinliklər olacaqdı. Lakin vaxtında və düzgün iş nəticəsində bu, baş vermədi”.

M.Ağayev deyib ki, hazırda sərnişindaşımalarda mövcud problemlərin həlli də məhz düzgün və kompleks yanaşma tələb edir: “Burada söhbət müasir çağırışlara cavab verən yeni tənzimləmə mexanizimlərindən gedir. Çünki mövcud tənzimləmə modeli bizə müəyyən mərhələdə sərnişindaşımalarda dayanıqlığın təmin olunmasına, xidmətin keyfiyyətinin artırılmasına imkan verirdisə, indiki halda xüsusilə də post-pandemiya dönəmində bu sahədə inkişaf imkanlarını məhdudlaşdırır. Yeni modelin tətbiqi daşıyıcı şirkətlərin maliyyə dayanıqlığını təmin etməklə xidmət keyfiyyətinin artmasına və onların fəaliyyətinə daha səmərəli nəzarət mexanizimlərinin yaranmasına səbəb olacaq”.
Mətbuat katibi gedişhaqlarının artırılması ilə bağlı BNA tərəfindən Tarif Şurasına müraciət edilib-edilmədiyinə isə münasibət bildirməyib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










