Göyçayda "011"lə avtoxuliqanlıq edən şəxs həbs edilib - FOTO - VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-2101” markalı avtomobilin sürücüsü, şəhər sakini Əli Əzizov nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Lakin həmin şəxs buna məhəl qoymayıb və davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Vaxtında görülmüş tədbirlərlə sürücü saxlanılaraq bölməyə aparılıb.
Ə.Əzizov barəsində polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsi idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










