Güllüyə girən, yuxulayan, qadınlarla dalaşan taksi sürücüləri: Problem nə vaxt bitəcək?

Son bir neçə həftədir ki, taksi sürücüləri ilə bağlı narazılıq halları artıb. Ötən gün sükan arxasında yuxulayan sürücü idarəetməni itirərək, maşını yol kənarında satış üçün nəzərdə tutulan gül və ağacların olduğu əraziyə aşırıb. Xoşbəxtlikdən, maşında müştəri olmayıb. Sürücü özü bədən xəsarətləri alıb.
Qəza xəbərlərindən, az qala, hər üçüncüsü taksilərin, xüsusilə də “Toyota Prius”ların payına düşür.
Bundan başqa, taksi sürücülərinin xüsusilə qadın müştərilərlə kobud davranışlarını əks etdirən görüntülər dəfələrlə gündəm olub.
Bəs görəsən, belə halların artmasının səbəbi nədir? Burada əsas məqam sürücü məsuliyyətsizliyidir, yoxsa başqa məqam var?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, taksi daşımalarına ümumi bir formada nəzarət mexanizmi yoxdur:
“Sürücülər iki kateqoriyaya bölünürlər - həvəskar və peşəkarlar. Həvəskarlar öz şəxsi maşınlarından istifadə edərək, taksi xidməti göstərirlər. Peşəkar sürücülər isə müəyyən müəssisələrdə təyinatlı nəqliyyatda, ictimai xarakter daşıyan avtobuslarda xidmət göstərirlər. Onlara ümumi bir formada nəzarət mexanizmi yoxdur. Bu nöqteyi-nəzərdən taksi sürücüləri müxtəlif xarakterli, peşəkarlığı olmayan, bir qədər aqressiv və öz peşəsində müəyyən təcrübəsi olmayan adamlardan ibarətdir”.
F.Eyyubov qeyd edib ki, taksi daşımalarında standart vəziyyət yaradılmalıdır:
“Yaxşılardan söhbət getmir. Bir-iki nəfər aqressiv olanda anında ictimailəşdirirlər. Taksi daşımaları hazırda Bakı şəhərində problemdir. Bunun mərkəzi yoxdur. Əvvəllər Bakı Nəqliyyat Agentliyi nəzarət edirdi. İndi isə nəzarət edə bilmir. Taksilər müxtəlif firmalara məxsusdur.
Taksi sürücüləri şəhəri yaxşı tanıyan, ünsiyyəti bacaran, peşəkar, aqressiv olmayan, yol-hərəkət qaydalarını bilən olmalıdırlar. Sağlam düşüncəli insanlar olmalıdırlar. Tam bu keyfiyyətlərə cavab verən taksi sürücüləri yoxdur”.
Fərhad Eyyubovun sözlərinə görə, daşımaların keyfiyyətinə nəqliyyat vasitələrinin durumu da təsir edir:
“Təhlükəsizlik təmin edilməli, qapıların açılıb-bağlanması rahat olmalıdır. Bunların heç biri yoxdur. Ona görə də belə hallar baş verir. Həmişə də olub, yenə də olacaq. Nəzarət, idarəetmə mexanizmləri olmasa, bu məsələləri yerinə yetirmək çox çətin olar”.
“Bizim sərnişinlər bəzən kobudluq edirlər. Elə insanlar var ki, otururlar taksiyə, düşünürlər ki, nə istəsələr, onu edə bilərlər. Amma elə deyil. Bu da aqressiya yaradır. Maarifləndirmə işləri aparılmalıdır”, - deyə ekspert sərnişinlərə də müraciət edib.
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi










