Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?

Günəş səthindən böyük həcmdə plazma kütləsinin qopması qeydə alınıb. Bu proseslərin mənbəyi ulduzun görünməyən tərəfində yerləşir və bura həm yeni ləkələr, həm də fəaliyyətini bərpa etmiş 4436 nömrəli qrup aiddir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumat Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun rəsmi "Telegram" kanalında dərc olunub.
Bildirilib ki, qeyd edilən hadisələr Yer planetinə heç bir təhlükə yaratmır, sadəcə qısa sakitlik dövründən sonra günəş aktivliyinin yenidən artmasını sübut edir. Ulduzun arxa tərəfində yaranan böyük ləkələr Yerə baxan hissəyə keçsə də, hazırda passiv vəziyyətdədir. "Solar Orbiter" aparatı bu ləkələr ortaya çıxmamışdan öncə onlarda tənəzzül proseslərini izləyib, bu isə onların enerjidən məhrum "qalıqlar" ola biləcəyinə işarə edir. Qəti fiziki nəticələr çıxarmaq üçün hələ tezdir, lakin birbaşa risklər mövcud deyil. Ən güclü partlayışların baş vermə ehtimalı 5-10% səviyyəsində qiymətləndirilir ki, bu da cari aktivlik mərhələsi üçün kifayət qədər kiçik göstəricidir.
Başqa dillə desək, insanların bu cür plazma atılmalarından təşvişə düşməsinə əsas yoxdur. Çox güman ki, növbəti maqnit fırtınaları dalğası qeydə alınmayacaq. Tədqiqatçılar kosmik hava şəraitinin monitorinqini davam etdirirlər.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












