Günəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər

Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlama verib.
Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 05:33-də (Moskva vaxtı ilə 04:33 - red.) 4 424 nömrəli Günəş ləkəsi qrupunda (N16W77) rentgen spektrində M1.8 sinfinə aid və 31 dəqiqə sürən alovlanma aşkar edilib.
Xatırladaq ki, Günəşdəki partlayışlar yaydıqları rentgen şüalarının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt radiasiya gücü deməkdir. Hər sonrakı sinfə keçid zamanı şüalanma gücü 10 qat çoxalır. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda Yer kürəsində maqnit qasırğaları yarada bilir.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












