Günəşdə partlayışlar olacaq - TARİXLƏR

İyulun 20-si və 21-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə qalacağı gözlənilsə də, "M" sinfinə aid partlayışların baş verməsi istisna edilmir. Avtosfer.az xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Mütəxəssislərin fikrincə, iki gün ərzində ümumi Günəş aktivliyi yüksək olmayacaq, lakin sondan əvvəlki güc sinfinə aid - "M" partlayışlarının baş verməsi mümkündür. Alimlər xatırladıblar ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum "A0.0" sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti hər bir sinfə keçid zamanı şüalanmanın gücü on dəfə artır. Mütəxəssislər onu da qeyd ediblər ki, Günəşdəki partlayışlar plazma axınlarının atılması ilə müşayiət oluna bilər. Əgər bu cür plazma buludları Yerə çatarsa, onlar maqnit fırtınalarının yaranmasına səbəb ola bilər.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












