Günəşin aktivliyi artacaq

Təxminən iki həftədir ki, Günəşin fəallığında son illərin ən kəskin geriləmələrindən biri qeydə alınır. Ancaq cari həftə ərzində bu göstəricidə yenidən yüksəliş proqnozlaşdırılır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Kosmik Plazma Fizikası şöbəsində Günəş Astronomiyası və Heliofiziki Cihazlar Laboratoriyasına rəhbərlik edən Sergey Boqaçev TASS agentliyinə açıqlamasında deyib.
Tədqiqatçının sözlərinə görə, hazırda Günəşdə son illər ərzində ən kəskin fəallıq enişlərindən biri müşahidə edilir və bu vəziyyət təqribən iki həftədir ki, davam etməkdədir:
"Hesab edirik ki, bu hal 11 illik tsikldə minimum səviyyəyə doğru gedişin əsas göstəricilərindəndir: fəallıq zəifləyir və uzunmüddətli sükut mərhələləri ilə bölünən tək-tək partlayışlara çevrilir".
S.Boqaçev qeyd edib ki, həftə ərzində partlayış fəallığının orta həddə qədər yüksəlməsi ehtimal olunur:
"Güclü partlayışların baş verməsi üçün hələlik lazımi qədər enerji toplanmayıb. Buna baxmayaraq cari il ərzində 5-dən 10-a qədər yüksək gücə malik alovlanmanın yaranması gözlənilir".
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












