Hər birimiz Dövlətimizin, Rəhbərimizin əsgəriyik!

Avqustun 12- də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfər etmişdir. İlk olaraq möhtərəm Prezidentimiz 500 illik yaşı olan “Diri Baba “ türbəsini ziyarət etmişdir. Bərpa və konversasiya işləri ilə tanış olarkən öz çıxışında “Diri baba “türbəsinin Qafqaz bölgəsində öz nadirliyi ilə seçilməsinin və yaşı 500 ildən artıq olan bu türbənin Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanındığını və qorunduğunu xüsusilə qeyd etmişdir.
Bundan sonra cənab Prezident Ağsu və İsmayıllı rayonlarında infrastruktur layihələrin icra edilməsilə tanış olmuşdur. Bildirmişdir ki, bu rayonlarda istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr həyata keçirilmişdir. Kənd yolları, o cümlədən İsmayıllı Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 100-ə yaxın məktəb inşa edilmiş,160 çarpayılıq xəstəxana tikilmiş, ya da əsaslı şəkildə təmir olunmuş, elektrik enerjisi ilə təmin olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Basqal kəndində 179 otaqlı otelin açılışı bölgənin turizm potensialını daha da gücləndirmişdir. 300-ə yaxın açılan iş yerlərində çalışanların əksəriyyəti yerli sakinlərdir.
Bundan əlavə cənab Prezident çıxışında bir neçə saat davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit və təbii şərait olduğunu vurğuladı. Erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Bu Ermənistanın öhdəliyidir. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki, o Cenevrə konvensiyalarının qaydalarına ziddir. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi Azərbaycana inteqrasiyadan keçir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Pezidenti Cənab İlham Əliyevin çıxışında dediyi hər bir söz Azərbaycan vətəndaşlarında böyük mənəvi ruh yüksəkliyi yaradaraq, onun ətrafında bir yumruq kimi sıx birləşməyə, hər bir şəxsin tutduği vəzifəsindən asılı olmayaraq iş fəaliyyətində daha da əzmlə çalışmağa, öz vəzifə borcunu layiqincə yerinə yetirməyə çağırır. Hər birimiz Dövlətimizin ,Rəhbərimizin əsgəriyik,onun dediyi söz bizim üçün qanundur .
EŞQ OLSUN ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVƏ!
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
Vətən müharibəsi qazisi
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - FOTO
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR










