Hərbi xidmətin müddəti 6 aya endirilir? - AÇIQLAMA

Bu il qəbul imtahanlarında 27227 abituriyentin ali məktəblərə qəbul ola bilməməsi müzakirələrə səbəb olub. Onların əksəriyyəti oğlanlardır. İndi əsgər getməyə hazırlaşan gənclərin 1 il 6 aylıq hərbi xidmət dövründə əldə etdikləri biliklərin xeyli hissəsinin yaddan çıxacağı bildirilir. Ona görə də təklif olunur ki, həmin gənclərimizə 1 il möhlət hüququ verilsin. Bununla yanaşı, orta təhsilli şəxslərin hərbi xidmət dövrünün 1 il 6 aydan 1 ilə, ali təhsilli şəxslərin isə 1 ildən 9 və ya 6 aya endirilməsi təklif olunur.
Avtosfer.az xəbər verir ki, məsələylə bağlı “Bakupost”a danışan hərbi ekspert Azad İsazadə çağırış prosesinin özünün istər-istəməz reformalar keçirməli olduğunu bildirib.
O, bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib:
“Məncə, ildə dörd çağırış çoxdur, yazda və payızda iki çağırışa keçməyi təklif edirəm. Sözsüz ki, ali məktəblərə qəbul olmayan gənclər əsgər getməlidir. Onlara möhlət hüququnun verilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, proses get-gedə müqaviləli xidmət istiqamətində gedir. Hərbi peşəsindən asılı olaraq buna uyğun onların karantin müddəti təyin oluna bilər”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












