Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI

Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib. Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir.
Avtosfer.az xəbər verir ki, sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.
Yəni, sözügedən qərarın məğzi olduqca konkretdir. Dövlət hər hansı nüvə təhlükəsi və ya kütləvi qırğın silahı riski yarandığı təqdirdə insanların nə edəcəyini əvvəlcədən bilməsi üçün rəsmi bir yol xəritəsi hazırlayıb.
Qeyd edək ki, bu gün ABŞ və İsrailin zərbələri nəticəsində İsfahan əyalətindəki nüvə obyektinə ciddi ziyan dəyib. Bu barədə İSNA agentliyi məlumat yayıb. Bildirilib ki, mərkəzə 7 martda raket hücumu edilib və nəticədə ciddi ziyan qeydə alınıb. Lakin, indiyə qədər radiasiya çirklənməsi barədə heç bir informasiya verilməyib.\\Demokrat.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












