Hövsanda təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Bu xəbərimiz Hövsanda yerləşən yaşayış binaları ilə bağlıdır. Daha doğrusu, bu binaların girişlərində sakinlərin həyatına təhlükə saçan beton plitələrdən danışacağıq.
Söhbət ondan gedir ki, həmin ünvanda doqquzmərtəbəli binanın bir girişindəki beton plitələr uçub, digər girişlərdəki plitələr də qəzalı vəziyyətdədir. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Vaxtında tədbir görülmədi və nəticədə yaşayış binasının girişində beton plitələr qəfil uçdu. Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində yerləşən bu binalarda yaşayan sakinlər hər dəfə evlərinə girib-çıxanda ciddi təhlükə ilə üzləşdiklərini deyirlər. Qəsəbənin mərkəzində yerləşən 4 doqquzmərtəbəli yaşayış binasının girişləri qəzalı vəziyyətə düşüb, həyət isə baxımsız vəziyyətdədir. Sakinləri narahat edən problemlə bağlı 103 saylı mənzil kommunal istismar sahəsinin rəisi İlham Bayramov bildirib ki, məsələdən xəbərdardırlar və problem tezliklə həll ediləcək. Qeyd edək ki, yaşayış binaları 1986-cı ildə inşa olunub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












