İsrail Xameneinin müşavirini ÖLDÜRDÜ

İranın siyasi rəhbərliyində ciddi itki baş verib. Ölkənin ali rəhbəri Müctəba Xameneinin ən yaxın şəxslərindən biri, strateji qərarların qəbulunda mühüm rol oynayan Kamal Xərrazi vəfat edib.
Avtosfer.az xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri vəzifəsini tutan Kamal Xərrazi bir neçə gün öncə evinin bombalanması nəticəsində ağır xəsarətlər almışdı. İran dövlət televiziyasının yaydığı son məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq, yüksək rütbəli rəsmi aldığı ölümcül yaralardan dünyasını dəyişib.
Qeyd edək ki, Xərrazinin evinin hədəf alınması və onun ölümü regionda gərginliyin ən yüksək həddə çatdığı bir vaxta təsadüf edir. Onun ölümü Tehranın xarici siyasət strategiyasına və “Müqavimət Cəbhəsi”nin koordinasiyasına ciddi təsir göstərə biləcək bir hadisə kimi qiymətləndirilir. Hadisənin kimlər tərəfindən törədildiyi və rəsmi Tehranın buna necə reaksiya verəcəyi beynəlxalq birliyin diqqət mərkəzindədir./no.comment
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












