İcra nümayəndəsinin mal müsadirə etmək səlahiyyəti yoxdur - HÜQUQŞÜNAS

Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin vətəndaşla danışıq tərzi müzakirələrə səbəb oldu. Bir sıra media orqanları tərəfindən qınanan icra nümayəndəsi səkidə meyvə satan sahibkarın alma dolu qutusunu müsadirə edir, “səkidə satdığın artıq sənin deyil, apar qoy maşına” deyir. İcra nümayəndəsinin sosial şəbəkələrdə birmənalı qarşılanmır, istifadəçilər onun hərəkətlərini qınayıb. Rezonans doğuran hadisədən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən açıqlama gəlir ki, nümayəndələri müsadirə etmir, o malları 18-ci mikrorayonda yerləşən yarmarkada satmaqla bağlı tövsiyə edir. Onsuz da, hamı bilir ki, bu cür açıqlamalar qurumun adına mənfi rəy formalaşdırmamaq üçün verilir. Qurumun unutduğu məsələlərdən biri “səkidə satdığın sənin deyil” cümləsidir. Burda yarmarkada mal satmaqla bağlı tövsiyədən söhbət belə gedə bilməz. Bu aydındır. Vətəndaşları narahat edən məsələlərdən biri odur ki, icra nümayəndəsinin belə bir müsadirə hüququ varmı? Bu şəxsin vətəndaşla bu cür kobud davranması, onun malını müsadirə etməsi ilə bağlı boşluq nədən yaranır?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Avtosfer.az-a açıqlamasında bildirib ki, səkidə nəsə qoyub satmaq dünyanın ən inkişaf etmiş ölkələrində, onların paytaxtında da var:

“Məsələ ondan ibarətdir ki, ölkəmizdə səkidə məhsul satmaqla bağlı normallar tənzimlənmir. İcra nümayəndəsin, təbii ki, bu cür davranmağa, danışmağa, məhsul müsadirə etməyə haqqı yoxdur. Əgər sahibkar məhsulunu səkidə dağınıq, ətrafı zibilləyəcək, piyadalara mane olacaq şəkildə satırsa, bu zaman o cərimələnə bilər. İcra nümayəndəsinin bir neçə xəbərdarlığından nəticə çıxarmayan şəxs cərimələnməlidir. Bu məsələnin bir tərəfi. Digər tərəfi də odur ki, bəs o sahibkara kim həm ona sərf edəcək qiymətə, həm də vətəndaşların axın etdiyi ərazidə yer verdi ki, o da gedib satmadı? Məqsəd əgər səkidə piyadaların hərəkətini təmin etməkdirsə, əvvəlcə sahibkarlar üçün onlara uyğun olan qiymətə yer təşkil edilməlidir. Yenə də qeyd edirəm, ən inkişaf etmiş şəhərlərdə belə səkidə nələrsə düzüb satan şəxsləri görmək mümkündür. Başqa ölkələrdə bununla bağlı normalar var, vətəndaş da bilir ki, harada, nə qoyub satmaq olar. Bizdə bununla bağlı boşluq var”.
Məsələnin hüquqi tərəfi ilə bağlı vəkil Kamandar Hüseynov Avtosfer.az-a açıqlamasında deyib ki, icra hakimiyyətlərinin mal müsadirə etmək səlahiyyəti yoxdur:

“Küçə ticarətinə nəzarət polis orqanlarının səlahiyyətinə daxildir və post-patrul xidməti bu halları aşkar etdikdə akt tərtib edir və raportla aidiyyatı bölməyə müraciət edir. Bölmədə ərazi üzrə sahə müvəkkili Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, inzibati protokol tərtib etməklə şəxsi 80 manat cərimə edir. Küçə ticarəti ilə məşğul olmaq üçün müvafiq İcra hakimiyyəti orqanının razılığı və icazəsi olmalıdır. İcazə verən qurumlar isə yerli icra hakimiyyətləri, bəzi yerlərdə bələdiyyələr, ticarət obyektləri üçün isə İqtisadiyyat Nazirliyidir. İcra hakimiyyəti yanında monitorinq qruplarının nəzarət etmək ixtiyarı olsa da, satışın yığışdırılmasını tələb etməsi, satılan məhsulları müsadirə adı altında götürməsi və s. kimi səlahiyyəti yoxdur. Bu tip hərəkətlər hüquqdan sui-istifadə və özbaşınalıqdır və vəzifəli şəxs üçün qanun pozuntusu sayılmaqla inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bunun üçün satışı həyata keçirən şəxs müvafiq quruma və Prezindet Administarasiyasına, həmçinin, prokurorluq orqanlarına şikayətlə müraciət edə bilər”.
Səfər
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO










