İctimai nəqliyyatda fəaliyyət göstərən sürücülər maarifləndirilib - FOTO

Muxtar respublikada “Təmiz hava” aylığı çərçivəsində sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində birgə reyd və maarifləndirici tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin birgə təşkilatçılığı ilə bir qrup avtobus sürücüsü üçün maarifləndirici tədbir keçirilib. Naxçıvan şəhərindəki avtobus parkında keçirilən maarifləndirici tədbirdə sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə istifadələrində olan nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismarı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasının təmini, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl etmələri izah olunub. Bildirilib ki, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr atan nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.
Qeyd olunub ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda 9 marşrut xətti üzrə 70-dən artıq müxtəliftutumlu avtobus vasitəsilə sərnişinlərə xidmət göstərilir. Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılması üçün ictimai nəqliyyat vasitələrinin texniki təhlükəsizlik, həmçinin təmizlik qaydalarına ciddi nəzarət edilir.
Vurğulanıb ki, Dövlət Nəqliyyat Xidmətinin balansında olan avtobusların 10-dan çoxunun istehsal ili yenidir. Həmin minik vasitələri panduslu, isitmə və soyutma sistemi, təhlükəsizlik kameraları ilə təchiz olunmuş yeni model komfortlu elektrobuslardır. Xidmətin digər avtobuslarında ekoloji cəhətdən ətraf mühit üçün yenilənməsi nəzərdə tutulur.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












