“İnterval azaldılmayacaq” - Bakı Metropolitenindən AÇIQLAMA
Gündəm
15 Sentyabr 2022 09:25

“Tətbiq edilmiş qrafik qüvvədədir. Qapıların saxlanması ilə bağlı məqamlar istisna olmaqla, qatarların hərəkətində yubanmalar yoxdur. Xətdə nasazlıq səbəbi ilə çıxarılmış qatar da yoxdur. Sıxlıq var və bu gün üçün təbiidir. Tənzimləmələr üçün bütün qüvvələr səfərbər olunub. Metropolitenin imkanları daxilində nə var, hər birindən istifadə olunur”.
Bu sözləri Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
“Amma intervalın azaldılması məsələsini dəfələrlə demişik və siz də bilirsiniz ki, hazırda mümkün deyil. Texniki imkanlar həddindədir. Hətta ehtiyat qatar da verilib və tənzimləməyə qoşulub. Gur saat anlayışı yarım saat da tez başlanıb. Yəni 7:00-dan tətbiq olunur, saat 9:30 deyil, 10:00-a qədər uzadılacaq. Sonrakı saatlar da daimi nəzarətdə saxlanılacaq. Axşam gur saat 17:00-dan başlayacaq, “Qarabağ”ın oyunu da nəzərə alınmaqla, xüsusi tədbirlər görülüb. Lakin metropolitenin texniki imkanlarını aşması qeyri-mümkündür”, - deyə qurum rəsmisi əlavə edib.
Oxunub : 1178
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
29 Sentyabr 2026 08:33
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
28 Sentyabr 2026 17:17
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
28 Sentyabr 2026 13:18
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
28 Sentyabr 2026 11:30
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
28 Sentyabr 2026 11:00
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
ŞƏRH YAZ












