İsti havada iş prosesi dayandırılmalıdır - XƏBƏRDARLIQ - VİDEO

Ot biçənlər, yol çəkənlər, kanalizasiya borularını təmir edənlər...
Bu işçilər hər gün açıq havada eyni iş qrafiki ilə fəaliyyət göstərirlər.
Bu günlərdə hava şəraitinin isti keçməsi açıq havada çalışanların işini xeyli çətinləşdirib.
Gündəlik yüksək temperatur altında çalışan işçilər bildirirlər ki, çox isti olduğu zaman ya otaqlarına çəkilirlər, ya da ağacların altında bir müddət istirahət edirlər.
Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir.
Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir.
Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












