Karantin qaydalarını pozan Kürdəmir sakininə cinayət işi açılıb - FOTO

Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən COVİD-19 xəstəsinə cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVİD-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Mollakənd kənd sakini 1983-cü il təvəllüdlü Mirzəyeva Giləxanımın yaşadığı evi icazəsiz tərk etməsi halı polis əməkdaşları tərəfindən müəyyən edilib.
Giləxanım Mirzəyeva yaşadığı evdən 7.5 km aralıda yerləşən işlədiyi istixanaya gedərək virusun digər insanlara keçməsi təhlükəsi yaratmışdır. Dərhal Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Giləxanım Mirzəyeva saxlanılmış onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilmişdir.Onun barəsində Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılmış və istintaq işləri aparılır.Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












