Karantin rejimi nə vaxt bitəcək? - AÇIQLAMA

“Karantin rejiminin müddətinin uzadılması Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitdiyini elan edəcəyi zamana qədər qabaqlayıcı metodlardan biridir".
Avtosfer.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
N.Əliyev qeyd edib ki, bununla paralel olaraq gigiyena qaydalarına, kütləvi toplanma məkanlarında məsafə saxlanılmasına və özündə respirator əlamətlər hiss edənlərin maska rejiminə riayət etməsi məsləhətdir:
"Xüsusilə yaşlı təbəqə, ağır xroniki xəstəliyi olanlar üçün həm mövsümü infeksiyalar, həm də koronavirus öz ağırlıq dərəcəsini saxlayır. Lakin hazırkı dönəmdə COVID-19-un ağırlaşma dərəcəsi son iki il ərzində ən aşağı haldadır. Lakin bu, o demək deyil ki, insanlar rahat olmalıdırlar. Pandemiya bitənə qədər iki il ərzində təkidlə tövsiyə edilən qaydalara əməl edilməsi vacibdir. Ən önəmli məqamlardan biri də vaksinasiyadan keçməyənlərin peyvəndlənməsi, xüsusilə də “buster” dozanın qəbul edilməsidir”.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












