Kəlbəcər polisləri Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad edib - FOTO

Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları 8 noyabr- Zəfər Günü münasibətilə Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Daxil Qoşunlarının hərbi qulluqçuları Seymur Həsənli və Həsən Abdullayevin ailə üzvlərini ziyarət edib. Şöbə rəhbərliyi ilk növbədə şəhidlərimizin məzarlarını ziyarət edib, üzərinə çiçəklər düzüb və ruhuna dualar oxuyub. Daha sonra ailə üzvləri ilə görüşülüb, onların şərəfli ömür yolundan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs edilib. Bütün şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Hər iki şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”





















