Kredit götürmək istəyənlər üçün vacib xəbər

Son illər banklar kredit verilməsi ilə bağlı tələbləri sərtləşdirilib. Nəticədə isə lombard kreditlərinə olan tələbat artıb. Artıq bankdan kredit ala bilməyən vətəndaş lombardlara üz tutur. Mütəxəssislər deyir ki, banklar tərəfindən son illər kreditlərin verilməsi ilə bağlı tələblərin sərtləşməsi lombard kreditlərinə olan tələbatı artırıb. Bu isə faizlərin qalxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, hazırda bir çox vətəndaş banklardan kredit götürməyə çəkinir:
“Düşünürəm ki, bu istiqamətdə əhali arasında maarifləndirmə işi aparılmalıdır. İnsanlar bankların kreditlə bağlı şərtlərini görüb çox vaxt geri çəkinirlər. Ümumiyyətlə, insanlar bu gün o fikirdədir ki, əgər kredit verən bankdırsa, deməli, şərtləri ağırdır. Amma lombard onlar üçün daha rahat gəlir. Ona görə də lombarda üstünlük verirlər. Çünki müəyyən prosesdurlar var ki, doğrudan da lombarddan kredit götürmək daha tez və asan olur. Təbii ki, lombardlar da tələb artdığı halda müəyyən şərtlər altında faizləri artıra bilər”.
Ekspert qeyd edib ki, bankların bir çoxunda kredit şərtləri heç də ağır və çətin deyil:
“Ümumi götürsək, fərdi şəxslər kredit üçün daha çox lombardlara, sahibkarlar isə banklara müraciət edir. Lombardlar kreditləri nəyinsə müqabilində verir. Ənənəvi olaraq, şərtlər asan olsa da, faizlər nisbətən yüksək olur. Məsləhət görərdim ki, vətəndaşlar daha çox banklara üstünlük versin. Diqqətlə araşdırsaq görərik ki, bütün bankların kredit şərtləri elə də çətin deyil. Belə nüanslar banklara görə dəyişir”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












