Kredit öhdəliyi - Borcunu ödəyə bilməyən vətəndaşlar nə etməlidir?

Ölkədə bankların mütləq əksəriyyəti bəzi şərtlərlə vətəndaşlara kreditlər verirlər. Problemlərini həll etməyə çalışan vətəndaşlar bəzən bir neçə aydan sonra aylıq ödənişlərini etməkdə çətinlik çəkirlər. Çalışdığı işi itirmək, xərclərin artması və ya gəlirlərin azalması buna səbəb olan amillərdir.
Bəs maraqlıdır, kredit ödəmək imkanını itirən şəxslər nə etməlidir?
Avtosfer.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, vətəndaşların çalışdığı işi itirməsi, onların xərclərinin artması və ya gəlirlərinin azalması kredit öhdəliklərinə xitam vermir:
“Sadalanan səbəblər hansısa güzəşt hüququ da yaratmır. Bunun üçün mütləq şəkildə vətəndaş borcu verən strukturla və ya şəxslə vəziyyəti razılaşdırmalıdır. Əgər kredit verən şəxs əmək qabiliyyətini itiribsə, bu zaman banklar girov götürürlər, zəmanət və zamin tələb edirlər. Belə məsələlərdə avtomatik olaraq zaminin öhdəliyi ortaya çıxır. Bank krediti verəndə vətəndaşın ödəmə qabiliyyətinə baxır. İstisna halları sistem görə bilmədiyi üçün banklar girov və ya zamin tələb edirlər. Zamin borc alanla eyni öhdəlikləri daşıdığı üçün imkanı olmadığı təqdirdə eyni məsələlər ona da yönəldilir – yəni girovluq təminatına... Proses davam etdiyi müddətcə cərimə faizi tətbiq olunur, dayanmır. Proses məhkəməyə getdikdə cərimə faizi dayanır. Amma məhkəmə də vətəndaşı borcu ödəməsinə məcbur edir”.
Ekspertin sözlərinə görə ortada girov varsa, həmin girov onu götürənə verilir:
“Ortada zamin və ya girov yoxdursa, xırda məbləğ ödəniş edilibsə, vətəndaşın kredit tarixçəsi korlanmış olur, bu da ona əlavə bir zərbədir. Bankların bu cür hallarda itkiləri olur. Buna görə də ehtiyat yaradırlar. Ancaq qanunvericilikdə bu məsələ ilə bağlı vətəndaşlar üçün hər hansısa bir çıxış yolu yoxdur”.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












