Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Oktyabrın 1-dən... - VİDEO

Ölkəmizdə elektromobillər və hibrid avtomobillərin kreditlə satışə qaydası dəyişir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.
Avtosfer.az xəbər verir ki, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək.
İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq. Hibrid mühərrikli avtomobillər üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.
İqtisadçdı Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, yeni qərar bu növ avtomobillərin alışını asanlaşdıracaq.
Ekspertin sözlərinə görə, dəyişkilik ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə hesablanıb. Xalid Kərimli yeni qərarın qiymətlərə təsir edib-etməyəcəyinə aydınlıq gətirib.
O əlavə edib ki, dəyişiklik ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağa da yardımçı ola bilər.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”












